Futbol üzrə Azərbaycan I Divizionunda XXII turun bütün təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, əsasən Premyer Liqada oyun idarə edən referilər bu dəfə aşağı dəstədə ədaləti bərpa etməyə çalışacaqlar.
"Qaradağ Lökbatan" və "Turan Tovuz" komandalarının görüşü Ramil Diniyevə həvalə olunub. Diniyev aprelin 16-da isə Premyer Liqanın XXX turunun mərkəzi görüşü olan "Neftçi" - "Qarabağ" oyununa da təyinat alıb.
14 aprel
15:00. "Qaradağ Lökbatan" – "Turan Tovuz"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Tural Bayramov, Anar Fərəcov
Hakim-inspektor: Novil İsmayılov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00 (CBC Sport)
15:00. "Göyəzən" – "Ağsu"
Hakimlər: Əmrah İbrahimov, Elman Kərimov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vaqif Ayvazov
Qazax şəhər stadionu
15:00. "Energetik" – "Şahdağ"
Hakimlər: Camaləddin Hacıyev, Azad Hüseynov, Rəşadət Cəfərov, Samir Hüseynov
Hakim-inspektor: Əmir Zamanov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
20:30. "Şərurspor" – MOİK
Hakimlər: Orxan Məmmədov, Zöhrab Abbasov, Cəmil Quliyev, Fuad Rəsulzadə
Hakim-inspektor: Əliyar Xanəliyev
"Bayıl Arena"
15 aprel
15:00. "Neftçala" – "Zaqatala"
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Etibar Həsənov
Hakim-inspektor: Eldəniz Musayev
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
14:00. "Bakılı" – "Şəmkir"
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, Akif Əmirəli, Tahir Əhmədov
Hakim-inspektor: Azad Mütəllimov
"İnter Arena", 4-cü meydança
15:00. "Bakı" – "Mil-Muğan"
Hakimlər: Alik Yunusov, Elnur Ağayev, Murad Kərimov, Anar Niyazov
Hakim-inspektor: Hafiz Əliyev
"Bakı" klubunun təlim-məşq bazasının stadionu