
"Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Muslera üçün "Fənərbaxça" ilə derbi əlamətdardır. Sportnet.az-ın məlumatına görə, əsas heyətdə yer alan 30 yaşlı əlcək sahibi "Cim Bom"un heyətində yubiley - 200-cü oyununa çıxır.
Muslera 2011-ci ildən çıxış etdiyi "Qalatasaray"ın heyətində 8 titul qazanıb. Bunlar 3 dəfə Türkiyə Super Liqasının, 2 dəfə Türkiyə kubokunun, 3 dəfə Türkiyə Super Kubokunun qalibi olmasıdır. "Qalatasaray"da legionerlərdən daha öncə Zoran Simoviç, Cevad Prekazi və Fərid Mondraqon 200-dən çox rəsmi oyun keçirmişdi.