"Qalatasaray"la derbi matçın son dəqiqələrində"Fənərbağşa"nın futbolçuları arasında insident olub. Sportnet.az-ın məlumatına görə, səbəbkarlar müdafiəçi Gökhan Könüllə braziliyalı yarımüdafiəçi Dieqo Ribas olub.
Belə ki, oyunun 90+1-ci dəqiqəsindəDieqonun ötürməsindən sonra hücumçu Fernandao topu boş qapıya göndərə bilməyib. Epizoddan sonra Gökhanın üzərinə hücum edən braziliyalı legioner komanda yoldaşının üstünə qışqırıb. Bu, kəskin narazılıq diqqətdən kənardan qalmayıb. Komanda yoldaşları arasında narazılıq qısa müddətdən sonra bitib.