1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Rəvan"la Tiflis "Dinamo"sunu birləşdirən məqam
Azərbaycan Premyer Liqasında XXX turun "Rəvan"la ev oyununda qol vuran "Qəbələ"nin futbolçuları ilkə imza atıblar. Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi Asif Məmmədov cari çempionatda, ukraynalı hücumçu Aleksey Antonov isə bu il ilk qoluna imza atıb.
Premyer Liqada son olaraq "İnter"də qol vuran Məmmədov əvvəllər də "Qəbələ"də oynayıb. Fərq ondadır ki, həmin vaxt - 2006/2007 mövsümündə komanda "Gilan" adlanırdı. Futbolçu o mövsüm keçirdiyi 9 matçda 3 dəfə fərqlənmişdi. Yarımmüdafiəçi "Qəbələ"yə qayıdışından sonra cari mövsümdə 2 dəfə qol müəllifi olub. Sadəcə, bunlar Avropa Liqası (Tiflis "Dinamo"su 2:0) və ölkə kubokuna ("Mil-Muğan" 7:0) təsadüf edib. Həmin oyunların da Qəbələdə olduğunu nəzərə alsaq, Məmmədov hələ ki evdə fərqlənir.
Antonov isə qış fasiləsinədək 6 qolla "Qəbələ"nin Premyer Liqada bombardiri olub. Ancaq 3-cü dövrədən əsas heyətdə yerini itirən legioner uzun müddət rəqib qapısına yol tapa bilməyib. Ukraynalı hücumçu sonuncu dəfə XV tur çərçivəsində dekabrın 6-da, yəni 131 gün öncə fərqlənib. Onda da autsayderin - səfərdə "Xəzər Lənkəran"a (1:0) qol vuran Antonov da komandasının qələbə həsrətinə son qoyub. Artıq çempionatda hesabında 7 qol olan hücumçu adaşı, həmyerlisi, komanda yoldaşı Aleksey Qaya çatıb və şərikli bombardirlərdir.
Maraqlıdır ki, Məmmədovla Antonov cari mövsüm bunadək də Qəbələdə 2:0 hesablı qələbədə adlarını tabloya yazdırıblar. Tiflis "Dinamo"su ilə həmin matçda da onlar sonda fərqlənib, əvvəlcə Asif, sonra Aleksey qol vurub. "Dinamo" və "Rəvan" üzərində qələbələr də diqqət çəkib. Biri avrokuboklarda ilk, digəri çempionatda uzun müddətdən sonra qazanılan qələbədir.
Qeyd edək ki, bu, "Qəbələ"nin cari çempionatda evdə 2:0 hesablı ilk qələbəsi olub.