Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha 2 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, günün ilk matçı Gəncədə "Kəpəz"lə "İnter" arasında baş tutub.
Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 32-ci dəqiqədə meydan sahibləri açıb. Baş hakim Əliyar Ağayevin təyin etdiyi şübhəli penaltidən Tural Axundov yararlanmağı bacarıb. Qonaqların cavabı 56-cı dəqiqədə gəlib. Yuri Fomenko keçmiş komandası "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin oğlu Kərim Diniyevin kobud səhvindən sonra bərabərlik qolunu vurub.
Günün digər qarşılaşmasında "Neftçi" ilə "Qarabağ" üz-üzə gəlib. İlk yarı qolsuz tamamlansa da, fasilədən sonra 3 qol vurulub. Hesabı 56-cı dəqiqədə Dani açıb. 73-cü dəqiqədə Reynaldo Ağdam komandasının ikinci qoluna imza atıb. "Neftçi"nin təsəlli qolu isə 75-ci dəqiqədə Alton Silvanın ayağına yazılıb.
Beləliklə, xallarını 69-a çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Zirə"ni 13 xal geridə qoyaraq, liderliyini davam etdirir. 49 xala malik "İnter" 3-cü, 46 xalı olan "Kəpəz" 4-cüdür. "Neftçi" isə 38 xalla 7-ci pillədə qalıb.
Azərbaycan Premyer Liqası, XXX tur
13:30. "Kəpəz" – "İnter" - 1:1
Qollar: Tural Axundov, 31-penalti ilə - Yuri Fomenko, 56
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə. Gəncə şəhər stadionu
16:00. "Neftçi" – "Qarabağ" - 1:2
Qollar: Aylton, 75 - Dani Kintana, 56. Reynaldo, 73
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "Bakcell Arena"
Qeyd edək ki, XXX turun açılış oyununda "Qəbələ" Bakının "Rəvan" klubunu 2:0 hesabı ilə məğlub edib. Tura aprelin 30-da keçiriləcək "Zirə" - "Xəzər Lənkəran" və AZAL - "Sumqayıt" matçları ilə yekun vurulacaq.
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha 2 oyunu keçiriləcək Sportnet.az-ın məlumatına görə, turun ikinci oyun günündə qarşılaşmalar Gəncə və Bakıda olacaq.
Günə "Kəpəz" - "İnter" oyunu ilə start veriləcək. Hazırda 45 xalla 5-ci pillədə qərarlaşan Gəncə təmsilçisi qələbə qazanarsa, "Qəbələ"ni geridə qoyacaq və "İnter"lə xallarını bərabərləşdirərək "bankirlər"lə 3-cü pilləni bölüşəcək. Xal itkisi nəticəsində isə "Kəpəz" hazırkı mövqeyini dəyişməyəcək. Avrokuboklara vəsiqə qazanmaq istəyən Şahin Diniyevin rəhbərlik etdiyi komanda yola davam etmək üçün mütləq qələbə qazanmalıdır. "İnter" isə mövqeyini qorumaq üçün səfərdən xalla dönməlidir. Qələbə paytaxt təmsilçisi ilə ikinci pillənin sahibi "Zirə" arasında olan fərqi 5-ə endirəcək. Komandalar bugünədək 21 dəfə üz-üzə gəlib. Üstünlüyə malik olan "İnter" 14, "Kəpəz" isə 4 qələbə qazanıb. Qalan 3 matç bərabərliklə yekunlaşıb.
Günün daha bir önəmli qarşılaşması "Bakcell Arena"da baş tutacaq. Bu mövsüm istədiyi nəticəni qazana bilməyən "Neftçi" turnir cədvəlinin vahid lideri "Qarabağ"ı qəbul edəcək. "Qarabağ" qalib gələrsə, ən yaxın izləyicisi "Zirə" ilə xal fərqini 13-ə yüksəldəcək. "Neftçi" isə "Zirə" və "İnter"in avrokuboklara qatılmayacağını nəzərə alaraq, beynəlxalq arenada çıxış etmək üçün ən yaxın qonşusu AZAL-ı geridə qoymalıdır. Bu komandalar arasında keçirilmiş 63 oyundan 18-i "Neftçi"nin, 21-i isə "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb. 24 oyunda bərabərlik qeydə alınıb.
Turun son oyunları aprelin 17-də keçiriləcək.
Azərbaycan Premyer Liqası, XXX tur
13:30. "Kəpəz" – "İnter" - 1:1
Qollar: Yuri Fomenko, 56 - Tural Axundov, 31-penalti ilə
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə. Gəncə şəhər stadionu
16:00. "Neftçi" – "Qarabağ" - 1:2
Qollar: Aylton, 75 - Dani Kintana, 56. Reynaldo, 73
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "Bakcell Arena"
Qeyd edək ki, turun açılış oyunu Qəbələdə keçirilib. "Qəbələ" Bakının "Rəvan" klubunu 2:0 hesabı ilə məğlub edib.