1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin bombardiri antirekordçu oldu
"Neftçi"nin bombardiri Ruslan Qurbanov həm də Premyer Liqanın antirekordçusuna çevrilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan yığmasında da çıxış edən 25 yaşlı hücumçu "Qarabağ"la XXX tur qarşılaşmasında bu mövsüm 12-ci sarı vərəqə alıb.
Dağıstan əsilli forvard 23-cü dəqiqədə simulyasiya etdiyi üçün baş hakim Ramil Diniyev tərəfindən cəzalanıb. Bununla da Qurbanov eyni sayda vərəqə alan "Kəpəz"in yarımmüdafiəçisi Budaq Nəsirova çatıb. Qaydalara əsasən, sarı vərəqə limitini keçdiyi üçün o, bu mövsüm 3-cü dəfə növbəti oyunu buraxmalı olacaq. Beləliklə, "Neftçi" "Zirə" ilə XXXI tur matçına ciddi itki ilə çıxacaq.
Qeyd edək ki, Ruslan Qurbanov bu mövsüm Premyer Liqada 10 qol vurub və bombardirlər siyahısında ən çox qol vuran azərbaycanlı oyunçu kimi 2-3-cü yerləri bölüşür.