"Maraqlı oyun izlədik. Üstünlük "Qarabağ"ın tərəfində idi. Bunu matçın gedişində hiss etdik". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XXX turunun "Neftçi" - "Qarabağ" matçını canlı izləyən milli komandanın baş məşqçisi Robert Prosineçki deyib.
O bildirib ki, "Neftçi" də müqavimət göstərməyə çalışıb. Amma oyuna baxdıqda "Qarabağ"ın qələbə qazanacağı açıq-aşkar görünüb. Lakin baş məşqçi hər iki komandada heç bir oyunçunu xüsusi fərqləndirməyib: "Mütəmadi olaraq, yığma üzvlərinin çıxışlarını izləyirik. Bu gün onların hamısından razı qaldım".
Prosineçki bayramla əlaqədar getdiyi Xorvatiyadan məhz Dağlıq Qarabağdakı gərginlik üzündən gec qayıtması barədə fikirləri təkzib edib. O, şəxsi işləri ilə əlaqədar vətənində bir həftə çox qaldığını deyib.