1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vəli Qasımov "Qarabağ"ı çempion elan etdi
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov "Qarabağ"la Azərbaycan Premyer Liqasının XXX tur matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis rəqibi təbrik edərək, Çempionlar Liqasında uğurlar arzulayıb...
"Futbolçular qələbə üçün hər şeyi etdilər. Ancaq rəqib bu saat Azərbaycanda ən güclü klubdur. Onları təbrik edirəm. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram".
- Aylton kluba ilk gəldiyi vaxtlarda müdafiədə oynayırdı. Ancaq son vaxtlar yarımmüdafiədə oynayır. Bu gün qol da vurdu. Bəlkə ona hücumda da şans verəsiniz...
- Ayltonun potensialı ona irəli xətdə oynamağa imkan verir.
- Araz Abdullayevin oynamamasına səbəb nə idi?
- Arazla bağlı problem yoxdur. Gələn oyunlarda meydana çıxa bilər.
- Buraxılan qollarda Aqil Məmmədovun səhvi nə dərəcədə idi?
- Aqil Vaylodan daha təcrübəli olduğu üçün ona şans verdim. Məncə, buraxılan qollarda Aqilin səhvi yox idi.
- Komanda Premyer Liqada 7-ci pillədədir...
- Sonadək vuruşacağıq ki, 7-ci pillədən çıxaq. Həm kubok, həm də çempionat bizim üçün əsasdır.