1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" üçün düşərli Diniyevlər
Azərbaycan futbolunda Diniyevlər nəsli geniş yayılıb. Sportnet.az-ın məlumatına görə, bunlar Azərbaycan milli komandasının da baş məşqçisi olmuş Şahin Diniyev, oğlanları Kərim və Coşqunla yanaşı, hakim Ramil Diniyevdir. Ramil isə Şahin müəllimin qardaşı oğludur.
Cari mövsümdə Diniyevlər "Qarabağ" üçün düşərli olublar. Əvvəla, ötən yay "İnter"dən gələn Coşqun daim əsas heyətdə yer alır, stabil oyunu ilə seçilir. Şahin və Kərim Diniyevlər "Kəpəz"ın heyətində Coşqunlu "Qarabağ"la bu çempionatda 4 dəfə oynayaraq bütün görüşlərini başa vurublar. Hər 4 matç Ağdam təmsilçisinin inamlı qələbələri ilə nəticələnib. Yəni "İnter"in sabiq prezidenti Georgi Nikolovun diliylə desək, "Kəpəz" "Qarabağ"ın "abunəçi"si olub.
Maraqlıdır ki, Coşqun atası və qardaşının şərəfini qoruduğu komandaya qol vurmağı (həm də məhsuldar ötürmə etməyi) də bacarıb. Bu, ilk matça təsadüf edib. Gəncədəki həmin oyunda kiçik Diniyev 38-ci dəqiqədə penaltidən hesabı açıb. Bu, "Qarabağ"ın Premyer Liqaya qayıdandan sonra "Kəpəz"lə ilk duelində vurulan ilk qol kimi tarixə düşüb. Coşqunun bu qolu qeyd etməməsi, Şahin müəllimin isə oyundan sonra keçirilən mətbuat konfransında oğluyla bağlı "Get, özünə yer tap, daha evə gəlmə" zarafatı diqqət çəkib.
Nəhayət, hakim Diniyev də ardıcıl 3-cü çempionluğuna doğru gedən lider üçün düşərli olub. Təsadüfi deyil ki, "Qarabağ" Ramilin Premyer Liqada idarə etdiyi hər 5 oyunda qalib olub. Bunlar "Neftçi"yə (2:1) qədər iki tur öncə "Xəzər Lənkəran"ı səfərdə həmin hesabla yendiyi matç və ilk dövrədə "Rəvan" (2:1), "Xəzər Lənkəran" (1:0), "Zirə" (4:1) ilə oyunlardır. Maraqlıdır ki, Ramilin baş hakimi olduğu 5 oyundan 3-də eyni hesablı - 2:1-lik qələbələr qeydə alınıb. "Qarabağ"ın 4:1 hesabı ilə qalib gəldiyi matçda isə komandanın cari çempionatda ilk böyükhesablı qələbəsi, "Zirə"nin ilk məğlubiyyəti (özü də böyükhesablı) reallaşıb.
Ramil əmioğlusu Coşquna güzəştə getməyib. Diniyevlərin cari mövsümdə ilk görüşündə - 59-cu dəqiqədə baş hakim qohumu olan futbolçuya qeyri-idman hərəkətinə görə sarı vərəqə göstərib.