1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin "Bakcell Arena" sindromu
"Neftçi" ev oyunlarını keçirdiyi "Bakcell Arena"da sindromla üzləşib. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" Premyer Liqada 2 aydan artıqdır doğma meydanda qələbə üzünə həsrət qalıblar. Bu, "Qarabağ"la son oyunda da olub.
Komanda çempionatda sonuncu ev qələbəsini 21-ci turda fevralın 13-də "Xəzər Lənkəran"la oyunda qazanıb - 1:0. Düzdür, ondan sonra - martın 9-da da həmin stadionda "Böyük oyun" olub və qələbə əldə edilib. Ancaq həmin 2:0-lıq nəticə ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında idi.
"Ağ-qaralar" çempionatda sonuncu ev qələbəsini qazananda onun baş məşqçisi hələ Əsgər Abdullayev idi. Deməli, hazırkı çalışdırıcı Vəli Qasımov "Bakcell Arena"da çempionatda qələbəyə sevinə bilməyib. Ancaq bu, o demək deyil ki, bu stadion milli komandamızın keçmiş hücumçusu üçün uğursuz məkandır. Hər halda, Qasımov nəinki "Neftçi"də, Azərbaycanda klub karyerasında baş məşqçi kimi debütünü məhz "Bakcell Arena"da edib və "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə yenərək yarımfinala çıxıb.
"Neftçi" öz stadonda artıq 3 matçdır nəinki qalib gələ, xal da qazana bilmir. Bunlar "Qəbələ" və "Qarabağ"a 1:2, "Kəpəz"ə 2:3 hesabı ilə uduzduğu görüşlərdir. Paytaxt klubu ardıcıl 3 səfər matçından sonra "Bakcell Arena"ya dönüşündə liderə yenilib.
Vəli Qasımovun çempionatda hesabında hələ ki 2 qələbə var və bunlar səfərdə qazanılıb. Özü də həm "İnter", həm də "Xəzər Lənkəran" 1:0 hesabı ilə məğlub edilib.
Ümumiyyətlə, "Neftçi" cari çempionada evdə zəif çıxış edir. Məsələn, son pillənin sahibi olan "Rəvan"ı yenmək mümkün olmayıb və 2 oyuna cəmi 1 xal qazanılıb. "Qəbələ" ilə matçların hər ikisində məğlubiyyət qeydə alınıb. "Xəzər Lənkəran"dan öz meydanında 4 xal götürmək mümkün olsa da, hər halda, bir matçda 2 xal itirilib. Özü də lənkəranlılar 1:1 hesabı ilə nəticələnən həmin oyunda bərabərlik qolunu azlıqda vura biliblər. Yəni "Neftçi" hələ ki bir rəqibindən evdə maksimum 6 xal götürə bilməyib.
Vəli Qasımovun yetirmələrinin cari çempionatda 3 ev oyunu - "Zirə", AZAL, "İnter"lə görüşləri və "Qəbələ" ilə yarımfinal matçı qalıb. Ancaq komanda bu rəqiblərin heç birinə bu mövsüm öz meydanında qalib gələ bilməyib.
Qeyd edək ki, "Neftçi" ilk dövrədə "Bakcell Arena"da yenidənqurma işləri gedən zamanı "Qəbələ"ni İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul etmişdi.