
"Xəzər Lənkəran" üçün "Qarabağ"ın ardından "Zirə" ilə oyunlar da uğursuz alınıb. Sportnet.az-ın məlumatına görə, cənub klubu Premyer Liqanın debütantına da hər 4 oyunda məğlub olub. Bununla da lənkəranlılar cari çempionatda 2-ci dəfə "abunəçi" olublar.
Elbrus Məmmədovun yetirmələri liderin qapısına son oyunda 1 dəfə - gənc hücumçu Tural Qürbətovla yol tapa bildisə, 2-ci pillədə gedən komandaya heç qol da vura bilmyib. Belə ki, oyunların 3-də "Zirə"nin 1:0 hesablı qəlbəsi qeydə alındı. Qış fasiləsindən sonra Lənkərandakı matçda isə meydan sahibləri 0:2 hesabı ilə uduzdu.
Qeyd edək ki, "Xəzər Lənkəran" cari çempionatda ilk "abunəçi" olub. Bundan sonra "Kəpəz" "Qarabağ"a hər 4 oyunda uduzmaqla onun "abunəçi"si olmasını rəsmiləşdirib.