1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"ə texniki məğlubiyyət və təhqir cəzaları
AFFA İntizam Komitəsi Azərbaycanın müxtəlif liqalarında baş vermiş xoşagəlməz hadisələrlə bağlı cəzalar yağdırıb. Sportnet.az-ın məlumatına görə, cəzaların böyük qismi "Kəpəz"lə bağlı olub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXX turunda "İnter”lə matçda "Kəpəz”in futbolçusu Zahid Sadıxov hakimi təhqir edib. Nəticədə o, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Sadıxov 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimələnib.
U-19 Liqasında "Kəpəz” – "Sumqayıt” matçının 68-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Eltac Mirzəyevlə qonaq komandanın oyunçusu Saday Rəhimli bir-birilərini təhqir edib. Onlar birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıblar. İntizam Komitəsi isə hər iki futbolçunu 3 oyunluq cəzalandırıb.
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində isə "Kəpəz” klubu "Olimpik Star”la qarşılaşmada iştirak etməyib. Bu səbəbdən, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
Yeri gəlmişkən, II dəstənin "Ulduz” – "Laçın” FK matçının 16 - cı dəqiqəsində meydan sahiblərinin məşqçisi Elsevər Məmmədov da hakimi təhqir edib. Texniki zonadan uzaqlaşdırılmış məşqçi 5 oyunluq cəzalanıb.
"R.R Club” – "İTV” matçının 47-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Pərviz Mustafayev öz komanda yoldaşın təhqir edib. Qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmış Mustafayev 3 oyunluq cəzaya məhkum edilib.