1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xətalı Diniyev: I Diviziondan Premyer Liqaya
Azərbaycan Premyer Liqasının hakimlərindən olan Ramil Diniyevlə Ömər Paşayev qarşıdakı turda 2 yarışa təyinat alıblar. Sportnet.az-ın məlumatına görə, gənc referilər güclülər dəstəsindən öncə birinci divizionda iş başında olacaqlar.
Paşayevlə Diniyevə əyalətdə oyunları idarə etmək həvalə olunub. Diniyev aprelin 22-də Qusarda "Şahdağ" - "Neftçala", Paşayev isə Şəmkirdə eyniadlı komandanın "Qaradağ Lökbatan"la matçını idarə edəcək. AFFA Hakimlər Komitəsi səfərdə çıxış edən liderlərin oyunlarını Premyer Liqa təcrübəsi olan hakimlərə etibar edib.
Paşayevlə Diniyev bundan sonra paytaxta üz tutacaqlar. Ancaq bu dəfə ehtiyat hakim funksiyasını yerinə yetirmək üçün. Paşayev aprelin 23-də "Neftçi" - "Zirə", Diniyev 1 gün sonra "Rəvan" - AZAL matçında 4-cü hakim olacaq.
Ötən tur mərkəzi oyun olan "Neftçi" - "Qarabağ" matçını (1:2) idarə edən Diniyev qonaqların qələbə topunu vurduğu zaman ofsaydı qaçırmış, meydan sahiblərinin hücumçusu Ruslan Qurbanova silmulyasiyaya görə göstərdiyi sarı vərəqə isə AFFA İntizam Komitəsi tərəfindən ləğv olunmuşdu. Lakin bununla əlaqədar AFFA Hakimlər Komitəsinə ölçü götürülməsi ilə bağlı qərar çıxarılmadığından, Diniyev təyinat alıb. Sadəcə, Premyer Liqada baş hakimlikdən kənarlaşdırılan referi I Diviziona göndərilib.
Qeyd edək ki, I Dvizionda tura "Zaqatala" - MOİK oyunu (0:1) ilə start verilib.