1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin əsas rəqibinin heyəti açıqlandı
Portuqaliya milli komandasının Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Sportnet.az-ın Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Eliu Souza ilkin siyahıda 23 futbolçuya yer verib.
Azərbaycan yığması ilə eyni qrupda yer alan komandaya Joao Virginya ("Arsenal", Fransa), Ruben Vinaqre ("Monako", Fransa), Florentino, Gedson Fernandes, Filipe Soares, Joze Qomes; Joao Filipe, Mesaq Dju, Nunu Santuş (hamısı "Benfika"), Domingos Quina ("Vest Hem", İngiltərə), Dioqo Koşta, Dioqo Dalot, Dioqo Leyte, Diogo Keyruş, Lameyra (hamısı "Portu"), Mikael Almeyda ("Lion", Fransa), Luiş Maksimiano, Migel Luiş, Joao Oliveyra, Tyerri Korreya, Rafael Leao (hamısı "Sportinq"), Luiş Silva ("Stok Siti", İngiltərə), Romen Korreya ("Vitoriya") çağırılıb.
Portuqaliya millisi aprelin 25-də bir araya gələcək. Bir həftəlik məşqlərin ardından mayın 2-də Bakıya gətiriləcək 18 nəfərlik heyət müəyyənləşdiriləcək.
Qeyd edək ki, Avropa çempionatında ilk görüş Azərbaycan və Portuqaliya yığmaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun 5 may saat 20:00-da başlanacaq. Mayın 8-də saat 15:30-da Portuqaliya - Şotlandiya, mayın 11-də saat 16:00-da isə Portuqaliya - Belçika qarşılaşmaları start götürəcək. Hər iki oyun "Dalğa Arena"da olacaq ("Report").