 
"Neftçi"nin paraqvaylı futbolçusu Erik Ramos brifinq keçirib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, yarımmüdafiəçi "Zirə" ilə oyundan sora jurnalistlərin suallarını cavablandırıb.  
 
- İlk olaraq oyun haqda fikirlərini bildirərdin...
- Çox çətin bir oyun idi. Bu matçda çox əziyyət çəkdik. Təəssüf ki, qalib gələ bilmədik. Ancaq inanıram ki, hər şey yaxşı olacaq. Buna ümidimiz var. "Qəbələ" ilə qarşıda 3 oyunumuz var. İnanırıq ki, həmin matçlar bizim üçün yaxşı keçəcək. 
 
- Çoxdandır mediada yoxsan, müsahibələrin getmir. Özün üçün maraqlı deyilmi ki, media nəyə görə Erik Ramosa o qədər maraq göstərmir?
- İspan dilində danışan yoxdur. Mən özüm də ingilis dilində danışmıram. Səbəb sadəcə olaraq bundan ibarətdir.
 
- Bakıda yaşayırsan. Yalnız ispan dilində danışmağın adi həyatda, futboldan kənar həyatda problem yaratmırmı?
- Bir az ingilis dilində başa düşürəm və bu, mənə yetərlidir. İndiyədək dillə bağlı elə bir problem yaşamamışam.
 
- Mövsümün sonunda "Neftçi"dən gedəcəyini demisən. Belə olan halda, oyunlara köklənmək çətin olmur?
- Fikrimcə, burada yetərincə vaxt keçirə bildim. "Neftçi"də 4 il mənim üçün yetərli oldu. Bundan sonra başqa yol göstərməliyik. İnsanlar və ya işlə bağlı heç bir problem yoxdur. Sadəcə olaraq, mənim şəxsi qərarımdır. 
 
- "Neftçi"yə gəldiyin gündən komanda həmişə iddialı olub. İndiki vəziyyətə düşməyin səbəbini nədə görürsən?
- Çox təəssüf ki, əvvəlki oyun ritmini saxlaya bilmədik. Ancaq inanıram ki, gələcəkdə bu vəziyəti düzəldə bilər. 
 
- Saxlaya bilməməyin səbəbi nə idi?
- Məncə, problem layihənin özü ilə əlaqələdir. Düzgün qurulmadığına belə bir vəziyyət oldu. Hər dəfə yeni insanlar, yeni futbolçular gəlir və bu da əlbəttə, problem yaradır. Oyun ritmini saxlaya bilmirlər. 
 
- Azarkeşlər komandanı ələ salırdılar, birinci divizon klublarının adını çəkirdilər və deyirdlər ki, gözləyin, "Neftçi" də gəlir. Artıq azarkeşlərin də komandaya ümidi yoxdur...
- "Neftçi" də belə vəziyyətdə olmaq istəməzdi. Nə etmək olar? Düşünürəm ki, qarşıdakı 2 ildə bu vəziyyət düzələ bilər. Layihə düzgün qurulsa, yaxşı ola bilər.
 
 
- Azərbaycanda baş verən devalvasiyadan sonra gedən legionerlər öz ölkələrində bura haqda heç də yaxşı danışmadılar. Bəs sən necə danışacaqsan? Nəyi xatırlayacaqsan?
 
- Mən Azərbaycandan heç vaxt pis danışa bilmərəm. Çünki burada çıxış etmişəm və çox xoş xatirələrim olub. Buradan gedəndən sonra belə bir halla yaşamayacağıma inanıram.