1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Türkiyədə bütün oyunlar 2 dəqiqə gec başlayacaq
Türkiyə futbolunda bütün qarşılaşmalar 2 dəqiqə gec başlayacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə Super Liqada "Trabzonspor - "Fənərbağça" matçında baş verənlərə etiraz əlaməti olaraq, Klublar Birliyinin bugünkü iclasında çıxarılıb.
Qurumun rəhbəri Göksel Gümüşdağ bildirib ki, "Avnı Aker" stadionunda yaşananlar Türkiyə futbolunu bir daha ölkə və dünya gündəminə arzuolunmaq formada daşıyıb. O, stadionlardakı terrorun qarşısını almaq üçün bir daha hərəkətə keçdiklərini, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən, Mərkəzi Hakimlər Komitəsinin sədri Kuddusi Müftioğlu və LigTV rəsmiləri ilə görüşdükdən sonra qərar qəbul etdiklərini söyləyib. Gümüşdağ qərarı federasiyanın diqqətinə yazılı şəkildə çatdırdıqlarını əlavə edib.
Qeyd edək ki, "Fənərbağça" ilə oyunda sevimli komandalarının 0:4 hesabı ilə geridə olmasını həzm edə bilməyən "Trabzonspor" azarkeşləri tribunalardakı oturacaqları və başqa yad cisimləri meydana atmağa başlayıblar. Bu vaxt oyun qısa müddətə dayandırılsa da, sonradan davam etdirilib. Ancaq bir neçə dəqiqə sonra yerli azarkeşlərdən biri meydançaya çıxaraq, yan xətt hakimi Volkan Bayarslana zərbə endirib. Azarkeş yerə yıxılmış hakimi təpikləməyə başlayıb. Meydançaya başqa azarkeşlərin də daxil olduğunu görən oyunun baş hakimi Bülənt Yıldırım qarşılaşmanı yarımçıq dayandırıb və hər iki komanda soyunub-geyinmə otağına yollanıb.