Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşləri üçün bütün təyinatlar müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "İnter" - "Qarabağ" oyunu Rəhim Həsənova həvaə olunub.
"Neftçi" - "Qəbələ" oyununda isə ədaləti Əliyar Ağayev bərpa edəcək.
27 aprel
16:00. "İnter" – "Qarabağ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. "İnter Arena"
19:00. "Neftçi" – "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı."Bakcell Arena"
Qeyd edək ki, cavab görüşləri mayın 4-də keçiriləcək.