
Azərbaycan Premyer Liqasında mübarizənin sonuna az qalıb. Sportnet.az-ın məlumatına görə, ötən tur turnir cədvəlinin üst və alt qatında – zirvədə və zirzəmidə tam fərqli mənzərə yaradıb. Belə ki, çempionluğun taleyinə aydınlıq gəldiyi halda, yüksək liqada qalmaq uğrunda mübarizə gərginləşib.
Onsuz da "Qarabağ”ın yenə çempion olacağı xeyli vaxtdır heç kimdə şübhə doğurmur. Ancaq son turda mərkəzi oyunda liderin "İnter”i məğlub etməsi və ən əsası, qızıl medal uğrunda mübarizədə qalan yeganə rəqibi "Zirə”nin xal itirməsi ilə bütün suallara demək olar aydınlıq gətirib. İndi Qurban Qurbanovun komandasına ardıcıl 3-cü çempionluğunu yalnız rəsmiləşdirmək qalıb. Bunun üçün növbəti turda elə "Zirə”yə uduzmamaq üçün yetərlidir.
"Rəvan”ın AZAL üzərində gözlənilməz qələbəsi isə son 2 pillənin sahibin xallarını bərabərləşib. İndi Bəhmən Həsənovun komandası artıq "Xəzər Lənkəran” qədər – 14 xala malikdir. Onu da unutmayaq ki, FİFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"dan aktivindən 6 xal silinib. Deməli, komanda 20 xalla rahat nəfəs bilərdi ki, legionerinə olan borcunun ödəməməyi indi işini çətinə salıb. Maraqlıdır ki, "Rəvan” AZAL-la cari çempionatda keçirdiyi ilk 3 oyunda nəinki qalib gəlməmiş, qol da vura bilməmişdi. Bu mənada ilk qolun müəllifi olan Yasin Həmid eyni zamanda ilk qələbəni gətirdi.
Əslində, ötən tur az məhsuldarlığı ilə seçiləcəkdi. Sumqayıtdakı "qol yağışı” olmasaydı. Təsəvvür edin ki, digər 4 oyuna cəmi 3 qol vurumuşdu. Ancaq "Sumqayıt” – "Kəpəz” matçında azarkeşlər 5 qol gördülər. Yəni bu görüşdə digər 3 matçdan çox qol vuruldu. "Sumqayıt”la "Kəpəz”in mövsümün ilk yarısındkə görüşlərin hər birində 4 qol olduğundan, budəfəki məhsuldarlıq təəccüb doğurmamalıdır. "Sumqayıt" matçda hesabı açan tərəf olsa da, "Kəpəz”ə bu çempionatda qalib gəlməsi mümkün olmadı.
Gəncə klubunun liderlərindən braziliyalı yarımmüdafiəçisi Junior Osvaldo yenə qolla öz sözünü deyib. Ona "Sumqayıt”le ev oyununda dubl etmək mümkün olub. Yəni Juninyo kimi tanınan futbolçu sumqayıtlılarla matçda fərlqənəndə "Kəpəz” mütləq qalib gəlib. Bir ara bombardilər siyahısında yuxarı pillələrdə olan Amil Yunanovun qış fasiləsindən sonra ilk dəfə fərlqənməsi diqqət çəkib. Yunanov "Kəpəz”ə Sumqayıtda qol vurmağı bacarır. Gəncəlilərin əsas qol ümidlərindən olan, qələbə topuna imz atan kamerunlu hücumçu Julien Ebah da uzun fasilədən sonra öz sözünü deyib.
"Kəpəz”lə "Qəbələ” "İnter”in məğlubiyyətindən sonra maksimum yararlanıblar. Nəticədə bürünc medal uğrunda mübarizədə üçhakimiyyətlilik yaranıb. Sadəcə, "bankirilər” 3 komanda arasında şəxsi oyunlar ən yaxşı göstəriciyə malik olduğundan hələ də 3-cü pillələdir. AZAL onlardan xeyli uzaqlaşdığından, bürünc medalçının məhz bu 3 komandanın biri olacağı müəyyənləşib. "İnter” – "Kəpəz” – "Qəbələ” üçlüyü gümüş medalı nə qədər arzulasa da, bunun "Zirə”yə qismət olacağı ilə artıq barışıblar.