1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in azarkeşlər və mətbuat üçün açıq məşqi
Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə "Sumqayıt” üzərində qazanılan qələbədən (2:3) sonra "Kəpəz”in futbolçularına iki günlük istirahət verilib. Spornet.az-ın məlumatına görə, komanda məşqləri sabah Bakıda bərpa edəcək.
Növbəti turda Gəncədə "Rəvan”ı qəbul edəcək "sarı-göylər” aprelin 28-nə kimi paytaxtda hazırlıq keçəcək. Aprelin 29-da isə doğma şəhərə qayıadacaq "Kəpəz" Bakı klubu ilə oyundan öncəki məşqi həmin gün Gəncə şəhər stadionunda keçiriləcək. Hazırlıq prosesi saat 16:00-da başlayacaq, azarkeşlər və mətbuat üçün açıq olacaq.
Qeyd edək ki, "Kəpəz” – "Rəvan” qarşılaşması aprelin 30-da saat 15:00-da start götürəcək. Oyun CBC Sport telekanalı canlı yayımlanacaq.