Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXXII turun 3 oyunu bu gün keçirilib. Sportnet.az-ın məlumatına görə, qalib gələn yeganə komanda "Qəbələ" tarixi uğura imza atıb.
"Neftçi"ni məğlub edən "qırmızı-qaralar"ın əvəzediciləri tarixində ilk dəfə ölkə çempionu olub. Ramin Quliyevin yetirmələri sona 4 tur qalmış ən yaxın izləyicisi "Siumqayıt"ı artıq 13 xal qabaqlayır. Bu isə "Qəbələ"ni əlçatmaz edir.
Bu qələbə ilə Quliyevin yetirmələri seriyalarını da davam etdirib. 15 oyundur uduzmayan komanda ardıcıl 6-cı qələbəsini qazanıb. Son 4 turda qol buraxmayan əvəzedicilərimiz ardıcıl 3-cü dəfə 3 xalı böyük hesabla əldə edib.
Cari mövsümdə bütün göstəricilərdə rəqiblərindən üstün olan "qırmızı-qaralar” 32 matçda 82 qol vurub. Komandanı çempionluğa daşıyan qollara aşağıdakı futbolçular imza atıblar: Ehtiram Şahverdiyev 20, Ramil Hasanov 17, Ülvi İsgəndərov 10, Roman Hüseynov 5, Vadim Abdullayev 4, Ülvi İbazadə və Vüqar Nadirov hərəyə 3, Bəhlul Mustafazadə, Rövlan Muradov, Şamil Camaləddinov, Vəzir Musayev, Sahil Mirzəyev hərəyə 2, Ayxan Əsədov, Baxşəli Baxşəliyev, Emin Zamanov, Murad Musayev, Tural Məmmərzəyev, Yusif Dilanov, Muxtar Əliyev hərəyə 1 qol vurublar. Aydın Bayramov ("Rəvan”), Əli Əliyev və Yusif Həsənov (hər ikisi "Xəzər Lənkəran”) "qırmızı-qaralar”la oyunlarda avtoqol müəllifi olublar.
İlk dəfə Azərbaycan çempionu olan "Qəbələ"nin əvəzediciləri tarixində 5-ci mükafatını qazanıb. 2011/2012, 2013/2014 mövsümlərində gümüş, 2009/2010, 2010/2011 mövsümlərində bürünc medal qazanan "Qəbələ” yalnız 3 dəfə mövsümü mükafatsız bitirib. Heç vaxt ilk "altılıq”dan kənar düşməyən komandamız 2014/2015 mövsümünü 4-cü, 2012/2013 mövsümünü 5-ci, 2008/2009 mövsümünü 6-cı pillədə başa vurub.
"Qəbələ"nin çempionluğunda "Sumqayıt"ın "İnter"lə səfər matçında xal itirməsi də rol oynayıb. "Sumqayıt"ı bu oyunda məğlubiyyətdən əvəzedicilərə göndərilən əsas komandanın hücumçusu Rərdis-Fərcad Azad xilas edib. Yeri gəlmişkən, "Qarabağ"ın əsas komandasının üzvü, oyun praktikasını əvəzeidicilərdə qazanan mərakeşli legioner Əl Hərbi Əl Jadeyui də qol vurub.
30 aprel
"İnter” - "Sumqayıt” - 2:2
Fərahim Budaqov, 12; Mənsur Nəhavəndi, 40 - Nurlan Əhmədov, 18; Pərdis-Fərcad Azad, 53
"Qəbələ” - "Neftçi” - 3:0
Sahil Mirzəyev, 11; Ramil Hasanov, 13; Ülvi İsgəndərov, 75
"Zirə” - "Qarabağ” - 1:1
Vüsal İsgəndərli, 48-pen - Əl Hərbi Əl Jadeyui, 31