
"Neftçi” Premyer Liqanın XXXII turunda "Qəbələ" ilə səfər oyununa hazırlığı başa vurub. Sportnet.az-ın məlumatına görə, Vəli QAsımovun komandası oyun öncəsi son məşqini yenilənmiş İsmət Qayıbov adına "Neftçi” təlim-məşq bazasının meydançasında keçib. Bu, "Neftçi”nin yenilənmiş bazadakı ilk məşqi olub.