Türkiyə milli komandasının baş məşqçisi Fatih Terimin yenidən İtaliyada çalışmaq variantı yaranıb. Sportnet.az-ın məlumatına görə, İtaliya mətbuatı 63 yaşlı türkiyəli mütəxəssisin "Latiso" klubunu çalışdırmasının mümkünlüyündən yazıb.
Terim yayda keçiriləcək Avropa çempionatından sonra yığmada gedəcəyindən, Roma klubunun rəhbərliyi ən real variantlardan biri kimi bu çalışdırıcını dəvət etməyi nəzərdən keçirir. Hazırda "Latsio"nun baş məşqçisi olan Simeone İndzaqi cari mövsümün sonunadək bu vəzifəni daşıyacaq.
Onu da nəzərə alaq ki, Terimin İtaliyada işləmək təcrübəsi var. Belə ki, o, 2000/01 mövsümündə "Fiorentina"nı, daha sonra 5 ay "Milan"ı çalışdırıb.
A seriyasında 35 turdan sonra 9-cu yerdə olan "Latsio" avrokuboklara düşmək şansını itirib.