
"Futbolçular səylə, əzmlə məşqlərdə iştirak edirlər. Verilən tapşırıqları maksimum şəkildə yerinə yetiməyə çalışırlar". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev klubunun rəsmi saytına açıqlamasında bildirib. Təcrübəli mütəxəssis iyulun 12-də başlayan Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışını dəyərləndirib: "Hər bir futbolçu Avropa Liqasında çıxış etməyin məsuliyyətini yaxşı dərk edir. Hazırlıq prosesinin gedişatından razıyam. Qarşıdakı yoxlama oyununda oyunçuların yaxşı çıxış edəcəyinə inanıram. Transferlərdən də razılığımı ifadə edə bilərəm. Sadəcə, komandaya yeni qoşulduqları üçün oyun sistemimizə tam uyğunlaşmayıblar deyə bir qədər çətinlik çəkirlər. Bu da zamana bağlı məsələdir. Düşünürəm ki, toplanışın sonuna kimi onlar da tam adaptasiya olub, komandaya xeyir verəcəklər”