1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ŞOK! Meydana girən azarkeş Terimi söydü - VİDEO
Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim İspaniya ilə AVRO-2016 matçında azarkeşlərdən birinin sərt etirazı ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, ilk yarı başa çatdığı vaxt həmin fanat meydana girib.
O, "ay-ulduzlular"ın ehtiyat oyunçular skamyasına gedərək, Terim və futbolçuları söyüb. Azarkeşi təhlükəsizlik xidməti əməkdaşları meydandan çıxarılıb.
Oyundan sonra Terim bunları deyib: "İspaniya başqa bir səviyyənin komandasıdır. İlk 30 dəqiqədən danışa bilərik, qalan vaxtdan danışılası bir şey yoxdur. Söyləmək istədiyim başqa şeylər var".
63 yaşlı mütəxəssis İspaniya ilə qarşılaşmada komandasının oyununu bəyənmədiyini bildirib: "Mən nə oyunçu, nə də baş məşqçi karyeramda erkən qol buraxmağı qəbul etməmişəm. Bu gün meydanda oyundan vaz keçən bir komanda var idi. Heç xoşuma gəlmədi. Komandam və öz adıma üzr istəyirəm. Ancaq burada nə olursa-olsun, belə reaksiyanın verilməsi yanlışdır. Bizim 1 matçımız qalıb. Onu da oynayıb nəticəni gözləyəcəyik. Burada bizi dəstəkləyənlərin Çexiya ilə oyunda da dəstəkləyəcəklərini gözləyirik".
Terim komandasının İspaniya önündə təslimçi görkəmini qəbul etməyəcəyini vurğulayıb: "Gərəkəni edəcəyimdən kiminsə şübhəsi olmasın. Ardaya təpki xoş deyil, gözel deyil. Təkcə Ardaya yox, heç bir oyunçumuza belə təpki göstərilməsin. Bir çox məsələni gözdən keçirməyimiz lazımdır. Təbii ki, gözləntilər böyük olduqda azarkeşlərimizin də reaksiyaları böyük oldu.