1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Gürcüstanın bürünc medalçısını məğlub etdi
İyunun 16-dan Gürcüstanda təlim-məşq toplanışında olan "Qəbələ” qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Tbilisidəki hazırlıq çərçivəsindəki ilk rəqib Qorinin "Dila” klubu olub. Hər iki komamnda öz çempionatında son mövsümün bürünc medalçısı olub və Avropa Liqasında çıxış edəcək.
"Qırmızı-qaralar” Gürcüstan çempionatının bürünc mükafatçısı ilə qarşılaşmanı aşağıdakı heyətlə keçirib:
Dmitri Bezotosnı (David Pietrzkieviç), Rikardinyo (Məhəmməd Mirzəbəyov), Ürfan Abbasov (Tellur Mütəllimov), Vitali Vernidub (Murad Musayev), Vojislav Stankoviç (Rafael Santos), Rəşad Sadiqov (Sadiq Quliyev), Qismət Alıyev (Nika Kvekveskiri), Asif Məmmədov (Ehtiram Şahverdiyev), Filip Ozobiç (Ramil Həsənov), Rəşad Eyyubov (Yusif Dilanov), Roman Hüseynov.
Göründüyü kimi, yeni transferlərdən Filip Ozobiçlə "İnter"dən gələn Nika Kvekveskiri oynayıb və vətənində həmyerlilərinə qarşı çıxış edib.
Komandaların səylərinə baxmayaraq ilk yarıda hesab açılmayıb. Baş məşqçi Roman Qriqorçukun oyunun gedişində 10 dəyişiklik edərək sərəncamındakı əksər futbolçulara şans verib. "Qəbələ” hesabı qarşılaşmanın 60-cı dəqiqəsində açıb. Eyyubov "qırmızı-qaralar”ı hesabda önə çıxarıb. Komandamızın fərqi artırması üçün 3 dəqiqə lazım gəlib. Həsənov görüşün 63-cü dəqiqəsində 2-ci qola imza atıb. Bu, matçda son qol olub.
Beləliklə, Gürcüstan toplanışında ilk oyununda "Dila”nı sınağa çəkən "Qəbələ” 2:0 hesablı qələbə qazanıb. Komandam iyunun 22-də Gürcüstanın digər klubu "Sioni” ilə üz-üzə gələcək.