
"Neftçi”nin braziliyalı futbolçusu Jayro Filyo Rodriges Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, müdafiəçi "Neftçi TV”yə açıqlamasında hazırlığın gedişi haqda düşüncələrini bölüşüb.
O, çıxış edəcəkləri Avropa Liqasında qarşıya qoyduqları məqsəddən də danışıb: "Məşqlər ağır keçir. Çünki fiziki təmrinlərə önəm veririk. Lakin məşqlərin ağırlığına baxmayaraq, bilirik ki, gələcəkdə bunun faydasını görəcəyik. "Neftçi” Azərbaycanın ən tarixi və adlı-sanlı klubudur. Türkiyədəki hazırlıqdan maksimum yararlanıb Avropa Liqasında bacardığımız qədər irəliləmək istəyirik".