1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi", "Qəbələ" və "Kəpəz"in Avroliqada ilk 2 mərhələdəki rəqibləri məlum oldu - YENİLƏNDİ
Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "Neftçi"nin bəxtinə "Balzan" (Malta) düşüb.
Bu cütün qalibi növbəti mərhələdə "Şkendiya" (Makedoniya) - "Krakovya" (Krakov, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
"Qəbələ" Gürcüstanın "Samtredia" klubunu keçəcəyi halda, "Aktobe" (Qazaxıstan) - MTK (Macarıstan) cütünün qalibini sınağa çəkəcək. "Kəpəz" isə Moldova "Daçiya"sını üstələyəcəyi təqdirdə, "Admira Vakker" (Avstriya) - "Spartak" (Miyava, Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. I təsnifat mərhələsindəki oyunlar iyunun 30-da və iyulun 7-də, II təsnifat mərhələ görüşləri isə iyulun 14-də və 21-də olacaq.
-------------------------------------------------
Avropa Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi öncəsi komandalar potensial rəqiblər qruplara bölünüb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri də potensial rəqibləri müəyyənləşib.
"Neftçi"yə səpələnməmişlər səbətində Balzan" (Malta), "Çixura" (Gürcüstan), "Spartak" (Miyava, Slovakiya), "Sloboda" (Tuzla, Bosniya və Herseqovina), "Rudar" (Plyevlya, Makedoniya), "Qəbələ"yə "Qoritsa" (Sloveniya), "Radnik" (Biyelyina, Bosniya və Herseqovina), "Samtredia" (Gürcüstan), "La Fiorita" (San-Marino), "Sileks" (Makedoniya), "Kəpəz"ə isə səpələnmişlər səbətində "Daçiya" (Kişinyov, Moldova), "Aktobe" (Qazaxıstan), "Zagłembe" (Lyubin, Polşa), "Slovan" (Bratislava, Slovakiya) rəqib olub.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Bu gün Avropa Liqasında 2016/17 mövsümünün püşkatma mərasimi keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Çempionlar Liqasının ardınca bu turnirin püşkü atılacaq. Bakı vaxtilə saat 15:00-da 1-ci, 16:30-da isə 2-ci təsnifat mərhələsində cütlər müəyyənləşəcək.
Azərbaycanın turnirəki təmsilçilərindən hər 3-ü - "Qəbələ", "Neftçi" və "Kəpəz" mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Sadəcə, "Neftçi" ilə "Qəbələ" səplənmişlər arasında olduğundan münasib rəqiblər düşmək imkanına malikdirlər. Avrokuboklarda sonuncu dəfə 16 il əvvəl çıxış edən "Kəpəz" isə səpələnməmişlər arasında olduğundan güclü rəqiblərə düşəcək.
Avropa Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər: HİK (Finlandiya), AEK, "Omoniya” (hər ikisi Kipr), "Neftçi”, "Qəbələ” (hər ikisi Azərbaycan), AİK, "Höteborq” (hər ikisi İsveç), "Slovan”, "Spartak” T (hər ikisi Slovakiya), "Debretsen”, "Videoton” (hər ikisi Macarıstan), "Aktobe” (Qazaxıstan), "Şaxtyor”, "Dinamo” (hər ikisi Belarus), "Ventspils” (Latviya), "Aberdin”, "Harts” (hər ikisi Şotlandiya), "Lokomotiv” (Xorvatiya), "Reykyavik” (İslandiya), "Dila” (Gürcüstan), "Odd” (Noeveç), "Admira” (Avstriya), "Rabotniçki” (Makedoniya), "Vaduts” (Lixtenşteyn), "Kayrat” (Qazaxıstan), "Differdanj” (Lüksemburq), "Şemrok Rovers”, "Sent Patriks” (hər ikisi İrlandiya), "Zaqlebiye”, "Krakoviya” (hər ikisi Polşa), "Linfild” (Şimali İrlandiya), "Stabek” (Norveç), "Beytar”, "Makkabi” Təl-Əviv (hər ikisi İsrail), "Kukesi” (Albaniya), "Levadiya”, "Nomme Kalyu” (hər ikisi Estoniya), "Zimbru”, "Daçiya” (hər ikisi Moldova), "Pünik” (Ermənistan), "Breydablik” (İslandiya), "Şiroki Briyeq” (Bosniya və Herseqovina), "Domjale” (Sloveniya), "Voyvodina”, "Çukariçki” (hər ikisi Serbiya), "Beroe” (Bolqarıstan), "Midtyulland”, "Brondbü” (hər ikisi Danimarka).
Səpələnməmişlər: "Kliftonvill”, "Qlenavon” (hər ikisi Şimali İrlandiya), "Torshavn”, "Runavik”, "Vikinqur” (hamısı Farer adaları), "Buduçnost”, "Bokelj”, "Rudar” (hamısı Monteneqro), "Kəpəz” (Azərbaycan), "Birkirkara”, "Hibernians”, "Baltsan” (hamısı Malta), "Şkendiya”, "Sileks” (hər ikisi Makedoniya), "Valyur” (İslandiya), MTK (Macarıstan), "Spartak” M (Slovakiya), "Nova Qoritsa” (Sloveniya), "Suduva”, "Arlantas”, "Trakai” (hamısı Litva), "Yelqava”, "Spartak” (hər ikisi Latviya), "Rovaniemi”, "Mariehamn” (hər ikisi Finlandiya), "Lusitanos”, "Santa Koloma” (hər ikisi Andorra), "Samtredia”, "Çixura” (hər ikisi Gürcüstan), "Partizani”, "Teuta” (hər ikisi Albaniya), "Sloboda”, "Radnik” (hər ikisi Bosniya və Herseqovina), "Kork Siti” (İrlandiya), "Bala Taun”, "Landudno”, "Konna Kvey” (hamısı Uels), "Europa” (Cəbəllütariq), "Ordabası” (Qazaxıstan), "Jeness”, "Fola” (hər ikisi Lüksemburq), "Fiorita”, "Folqor” (hər ikisi San-Marino), "Şirak”, "Banants” (hər ikisi Ermənistan), "Zarya” (Moldova), "İnfonet” (Estoniya), "Slaviya” (Bolqarıstan).
II təsnifat mərhələsi
Səpələnmişlər: "Genk” (Belçika), "Austriya” (Vyana, Avstriya), "Partizan” (Serbiya), "Makkabi” (Hayfa, İsrail), "Hayduk” (Xorvatiya), "Qrasshoppers” (İsveçrə), "Stromsqodset” (Norveç), "Osmanlıspor” (Türkiyə), "Slaviya” (Çexiya), "Haken” (İsveç), "Panionios” (Yunanıstan), "Maribor” (Sloveniya), həmçinin HİK (Finlandiya), "Makkabi” (Təl-Əviv, İsrail), "Midtyulland” (Danimarka), "Omoniya” (Kipr), "Dinamo” (Belarus), "Neftçi” (Azərbaycan), AEK (Kipr), AİK (İsveç), "Slovan” (Slovakiya), "Videoton” (Macarıstan), "Aktobe” (Qazaxıstan), "Voyvodina” (Serbiya), "Şaxtyor” (Belarus), "Spartak” T (Slovakiya), "Brondbü” (Danimarka), "Debretsen” (Macarıstan), "Höteborq” (İsveç), "Harts” (Şotlandiya), "Ventspils” (Latviya), "Admira” (Avstriya), "Lokomotiv” (Xorvatiya) klublarının yer aldığı cütlər.
Səpələnməmişlər: "İaşi” (Rumıniya), "Levski” (Bolqarıstan), "Pyast” (Polşa), "Torpedo” (Belarus), "Hibernian” (Şotlandiya), "Sonderyuske” (Danimarka), həmçinin "Qəbələ” (Azərbaycan), "Aberdin” (Şotlandiya), "Reykyavik” (İslandiya), "Dila” (Gürcüstan), "Odd” (Norveç), "Rabotniçki” (Makedoniya), "Vaduts” (Lixtenşteyn), "Kayrat” (Qazaxıstan), "Differdanj” (Lüksemburq), "Şemrok Rovers” (İrlandiya), "Sent Patriks” (İrlandiya), "Zaqlebiye” (Polşa), "Krakoviya” (Polşa), "Linfild” (Şimali İrlandiya), "Stabek” (Norveç), "Beytar” (İsrail), "Kukesi” (Albaniya), "Levadiya” (Estoniya), "Nomme Kalyu” (Estoniya), "Zimbru” (Moldova), "Daçiya” (Moldova), "Pünik” (Ermənistan), "Breydablik” (İslandiya), "Şiroki Briyeq” (Bosniya və Herseqovina), "Domjale” (Sloveniya), "Çukariçki” (Serbiya), "Beroe” (Bolqarıstan) klublarının yer aldığı cütlər.