1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əmrah Çəlikəl: "Düdelanj"ı zəif saymaq bizə ziyan vura bilər"
"Bizə münasib rəqib düşdüyünü bir azarkeş olaraq deyə bilərəm. Ancaq "Düdelanj"ın gücü, onu təhlilini əlbəttə, məşqçilərimiz daha yaxşı bilir. Onlar rəqibə daha düzgün dəyərlədnirə bilərlər". Bu fikirləri Sportnet.az-a amçıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib. Ağdam klubunun çıxış edəcəyi Çempionlar Liqasının püşkatmasında iştirak edən klub rəsmisi nəticələri haqda düşüncələrini bölüşüb.
Çəlikəlin sözlərinə sözlərinə görə, Lüksemburq çempionuna yuxarıdan aşağı baxmaq düzgün olmazdı: "Düdelanj"ı zəif saymaq, ona ciddi rəqib hesab etməmək bizə ziyan vura bilər. Ona görə də belə düşünməyi düzgün saymıram. Oyuna marağı saxlamaq, motivasiyanı azaltmamaq üçün rəqibin kimliyinə önəm verməyib ciddi haızrlaşmaq lazımdır. Hər haıda, bu, Çempionlar Liqası yarışıdır".
Çəlikəl Lüksemburq klubunun nümayəndələri ilə hazırda görüşdüklərini bildirib: "Elə indi onlarla söhbətləşirik. Bizdən xüsusi bir istəkləri yoxdur. Sadəcə, qarşıdakı oyunlarda əməkdaşlıq məsələlərini müzakirə edirik. Biz onlara necə kömək eəd bilərik, onlar bizə necə. Püşkə əsasən ilk matç Bakıda olacaq. Məncə, birinci oyunun harada olmasının elə bir önəmi yoxdur".