Rusiya milli komandasının sabiq futbolçusu Vladislav Radimov azərbaycanlı futbolçu Ramil Şeydayevin vətəndaşlığını dəyişmək variantına müsabibətini bildirib. Sportnet.az-ın məlumatna görə, "Zenit-2" komandanın baş məşqçisi rəhbərliyi altında oynamış 20 yaşlı hücumçunun Rusiya vətəndaşı kimi qalaraq yığmada çıxışını davam etməsini arzulayır.
Məlum olduğu kimi, Şeydayev Azərbaycan vətəndaşlığını qəbul edəərk milli komandamızda oynamaq istəyir və bununla bağlı AFFA-ya müraciət edib. Hətta onun bu məqsədlə Bakıya gəldiyi də bildirilir.
Radimovun fikrincə, Şeydayevin Rusiya yığmasından gedişi böyük itki olacaq: "O, öz həmyaşıdları arasında ən istedadlıdır və bunu sübut edib. Əgər Ramil başqa ölkənin vətəndaşlığını qəbul etsə...Avropa çempionatında gördünüz ki, bizdə yüksək səviyyəli futbolçu elə də çox deyil".
Xatırladaq ki, Şeydayev təkcə vətəndaşlığnı yox, klubunu da dəyişməyi qərara alaraq "Zenit"də "Trabzonspor"a keçib.