1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" futbolumuzda növbəti ilkə imza atdı
"Qarabağ" Çempionlar Liqasında (ÇL) ardıcıl 3 mövsüm mərhələ adlayan ilk Azərbaycan klubu olub. Sportnet.az-ın məlumatına görə, futbolumuzda növbəti ilkə imza atan Qurban Qurbanovun komandası yenə turnirin II təsnifat mərhələsinin qalibi olub. Bu dəfə rəqib Lüksemburqun "Düdelanj" klubu olub.
Həmin komandanı evdə 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi səfərdə heç-heçə edib - 1:1. Bu, mərhələ keçməyə bəs edib. Nəticədə 2014-cü ildə Matla "Valletta"sını (səfərdə 1:0, evdə 4:0), bundan 1 il sonra Çernoqoriya "Rudar"ını (evdə 0:0, səfərdə 1:0) mübarizədən kənarlaşdıran "Qarabağ" indi də III təsnifat mərhələsinə yüksəlib. Fərq ondadır ki, çempionatımız bu mərhələdə yenə məğlub olsa da, ilk dəfə qol buraxıb.
İndiyədək klublarımızdan yalnız "Neftçi" ardııcl 3 mövsüm ÇL-də iştirak edib. Bu, 2011, 2012 və 2013-cü illərdə olub. Ancaq həmin mübarizələrdən yalnız 2012-də mərhələ keçmək mümkün olub. Bu, Gürcüstan "Zestafoni"si ilə matçda reallaşıb - evdə 3:0, səfərdə 2:2. "Neftçi" bundan 1 il öncə Zareb "Dinamo"suna qol vurmadan yenilib - səfərdə 0:3, evdə 0:0. 2013-cü ildə isə Albaniyanın "Skenderbeu" klubunu mübarizədən kənarlaşdırmaq mümkün olmayıb - evdə 0:0, səfərdə 0:1.
Göründüyü kimi, həmin vaxtkı "Neftçi"nin bacarmadığını edən "Qarabağ" ÇL-də ardıcıl 2 il mərhələ keçməklə rekord etmişdi və bu dəfə onu yeniləyib. Ancaq "Neftçi" 2004 və 2005-ci illərdə ardıcıl 2 mövsü ÇL-də mərhələ adlamağı bacarmışdı. Sadəcə, onda çempionumuz mübarizəni indiki kimi II yox, I təsnifat mərhələsindən başlayırdı.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib