Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Lill" (Fransa) - "Qəbələ" (Azərbaycan) oyununa hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, UEFA iyulun 28-də Lill şəhərində baş tutacaq matçı Daniel Stefanksinin başçılıq etdiyi polşalı briqadaya həvalə edib.
Stefanskiyə yan xətt hakimləri Rafal Rostofski ilə David İqor kömək edəcək. Dördüncü hakim funksiyasını isə Zbiqnev Dobrınin yerinə yetirəcək.
39 yaşlı Stefanski 2013-cü ildən avrokuboklarda idarəçilik edir. Ancaq o, bu 3 ildə klublarımızın matçlarına təyinat almayıb.