1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Riçard Almeyda: "Hamımıza ağır təsir edir" - MÜSAHİBƏ
"Qarabağ"ın futbolçusu Riçard Almeyda "İnter"ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra brifinq keçirib. Braziliyalı yarımmüdafiəçi Sportnet.az-ın da suallarını cavablandırıb...
- Oyun barədə nə deyə bilərsiniz?
- Rəqib komanda əlinə düşən fürsətlərdən maksimum yararlandı. Biz isə təəssüf ki, məğlub olduq. Əvvəllər komanda kimi necə udurduqsa, bu gün də o cür uduzduq.
- İkinci hissəyə arxayın çıxdığınız hiss olunurdu...
- Rahatlanmış olduğumuzu deyə bilmərəm. Sadəcə, rəqib futbolçuların qarşısını alarkən, səhvlərə yol verdik. Onlar da bundan istifadə edib qol vurandan sonra daha da həvəsləndilər. Nəticədə "İnter"i dayandırmaq çətin oldu və ikinci qolu da qapımızda gördük. Amma futbolda belə hallar olur. Bu nəticəni unudub "Sumqayıt"la görüşə hazırlaşmaq lazımdır.
- Sanki "Qarabağ" Çempionlar Liqasındakı uğursuzluğunun şokundan ayılmayıb...
- Təbii ki, cavab oyununun bitiminə 5 dəqiqə qalmış qol buraxaraq, Çempionlar Liqasında mübarizəni dayandırmaq hamımıza ağır təsir edir. Çünki baş məşqçi, kapitan və oyunçular olaraq, inanırdıq ki, Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinədək irəliləyə biləcəyik. Amma bu, futboldur. Bunları unudub "Sumqayıt"la növbəti oyununa hazırlaşmalıyıq. Başımızı qaldırıb önümüzə baxmalıyıq.
- Son zamanlar "Qarabağ" çox tənqid olunur. Bunlar komandaya necə təsir edir?
- Jurnalistlər həmişə öz istədiklərini deyir, yazırlar. Onlar bu məsələdə sərbəstdirlər. Amma əsas odur ki, biz öz işimizi, nə ilə məşğul olduğumuzu bilirik. Baş məşqçimizin tələblərini yerinə yetirməyə çalışırıq. Üzərimizə düşən isə jurnalistlərin fikirlərinə sayqı duymaqdır.
- Tənqidlərdən nəticə çıxarır, yoxsa heç bir reaksiya vermirsiniz?
- Bizim üçün önəmlisi baş məşqçimizin fikirləridir. Kənarda səsləndirilən fikirlərin heç bir əhəmiyyəti yoxdur. Digər tərəfdən, azərbaycanca bilmədiyimdən, yazılanlara baxmıram. Amma ümumi olaraq, fikirlərinizə sayqı duyuram.
- Komandanızın üzləşdiyi vəziyyət "Göteborq"la Avropa Liqasının "pley-off" matçlarına təsir göstərə bilər?
- "İnter"ə və "Viktoriya"ya qarşı son oyunlarımız, demək olar ki, bir-birinin təkrarı idi. Biz pis oynamamışdıq. Amma bəzən olur ki, işini nə qədər görsən də, yaxşı nəticə göstərmək qismət olmur. Bundan sonra "Sumqayıt"la oyuna köklənməli, ardından "Göteborq"la matçı düşünməliyik.
- Razısınızmı ki, "İnter"lə oyun Azərbaycan Premyer Liqasında yeni mövsümün ağır keçəcəyini göstərdi?
- Azərbaycanda heç bir oyunun asan keçdiyini deyə bilmərəm. Elə bir zəif komanda yoxdur. Sadəcə, fürsətlərdən yararlananlar var. Bugünkü rəqibimiz də belələrindən idi.
- Futbolçular komandadan çox Qurban Qurbanovun tənqid olunmasını necə qarşılayırlar?
- Təqsiri baş məşqçinin üzərinə yıxmaq düzgün deyil. Çünki indiyəqədərki müvəffəqiyyətləri onun fikirləri, fəlsəfəsi ilə əldə etmişik. Qurban Qurbanov yetərincə böyük məşqçidir. Komanda qələbəni də, məğlubiyyəti də birgə alır.