1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA Dənizdən ötrü FİFA-ya müraciət etdi
AFFA "Bursaspor"un hücumçusu Dəniz Yılmazın Azərbaycan milli komandasında oynaması ilə bağlı FİFA-ya rəsmi müraciət edib. Bu haqda Sportnet.az-a məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədov dünya ali futbol qurumundan icazə verilməsi ilə bağlı cavab gözlədiklərini bildirib: "Açığı, Dənizlə bağlı sürpriz xəbəri vermək istəyirdik. Ancaq o, artıq Türkiyə mətbuatına xəbər verib. Biz onun Azərbaycan yığmasında oynaması ilə bağlı FİFA-ya müraciət etdik. FİFA-nın müvafiq komitəsi qərar qəbul etməlidir. Dənizin oynamaq varinatı indinin məsələsi deyil. Onunla son 2 il yarımda əlaqə saxlamışdıq. Bir dəfə Bakıya da gəlmişdi. O zamanlar razılığını bildirdi. Ancaq son aylarda millimizdə oynamaqla bağlı daha da təşəbbüs göstərdi. Biz düşündük ki, niyə də yox? Burayla bağlantısı varsa və futbolçu özü milli komandada oynamaq istəyirsə, ona bu şansı vermək lazımdır".
Məmmədov hal-hazırda FİFA-nın qərarını gözlədiklərini söyləyib: "Çünki bildiyiniz kimi, Yılmaz Türkiyənin gənclər yığmasında oynayıb. Buna görə də FİFA-nın müvafiq qərarı olmalıdır. Dəniz Türkiyənin U-17 yığmasında oynayıb, hətta Avropa çempionatının qalibi olub".
Mehman Süleymanov