Türkiyə və Rusiya milli komandaları arasında yoldaşlıq görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, bu yığmalar arasında 18 illik fasilədən sonra keçirilən ilk matç qolsuz bərabərliklə nəticələnib.
Bu 2 ölkə arasında münasibətlər qaydasına düşməyə başlayandan sonra keçirilən yoldaşlıq görüşü insidentsiz ötüşüb. Təsadüfi deyil ki, Antalyada baş tutan oyunu idarə edən sloveniyalı Damir Skomina cəmi 1 sarı vərəqə göstərib. Bu da ilk hissənin uzatma dəqiqəsində rusların təcrübəli futbolçusu Yuri Jirkova göstərilib.