İsveçrə Baş Prokurorluğu Almaniyanın keçmiş futbolçusu Frants Bekkenbauerə qarşı antikorrupsiya istintaqına başlayıb. Sportnet.az-ın məlumatına görə, İsveçrənin istintaq idarəsi məsələni təsdiqləyib.
F.Bekkenbauerə qarşı "çirkli pulların yuyulması" və "qanundankənar varlanma" ittihamları irəli sürülüb.
O, futbol üzrə "Almaniya-2006" dünya çempionatı sifariş komitəsinə başçılıq edib.
Qeyd edək ki, bu ilinin fevralında FİFA-nın Etika Komitəsi Almaniya və dünya futbolunun 71 yaşlı əfsanəsi Frants Bekkenbaueri 7 min İsveçrə frankı məbləğində cərimələyib. Səbəb kimi Bekkenbauerin Etika Komitəsinin Nizamnaməsinin 42-ci maddəsinə əsasən əməkdaşlıq öhdəliyini pozması göstərilmişdi. Keçmiş futbolçu komitə tərəfindən aparılan araşdırmalara futbol rəsmisi kimi davranışı ilə dəstək vermədiyi üçün cərimələnib. Bu isə Komitənin Nizamnaməsinin uyğun maddəsinin pozulması deməkdir.