1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Araz Abdullayev "Astra"ya baş tutmayan keçidindən danışdı
"Neftçi"nin kapitanı Araz Abdullayevin Rumıniyanın "Astra" klubuna keçidi baş tutmayıb. Sportnet.az-ın məlumatına görə, bu haqda 24 yaşlı futbolçu jurnalistlərə açıqlamasında bildirib.
O, Avropa Liqasının qrup mərhələsində iştirak edən kluba transferinin alınmamasını belə izah edib: "Xaricdən təkliflərim vardı. Ancaq Avropada "transfer pəncərəsi" bağlandığına görə "Astra"ya keçə bilmədim. Ən azı qışadək "Neftçi"nin futbolçusuyam".
Abdullayev San-Marino yığması ilə oyun öncəsi bir araya gələn millidə hazırlıqların yaxşı getdiyini, komandanın səylə çalışdığını bildirib: "Hər bir futbolçu məşqdə canla-başla çalışır. Mən də məqşdə çalışıram ki, baş məşqçi start heyətdə mənə şans versin. Bunun üçün özümü daha yaxşı göstərməliyəm. Baş məşqçinin etimad göstərəcəyi halda meydanda canımızı qoymağa hazırıq".
Arazın fikrincə, "Neftçi"də son vaxtlar ruh düşkünlüyünün olması milli komandaya mənfi təsir göstərə bilməz: "Milliyə görə bütün gücümüzü qoymalıyıq. Rəqiblə oyuna zəiflə konsentrasiya olsaq, əlbəttə, çətinlik çəkəcəyik. Ancaq yaxşı konsentrasiya olsaq, inanıram ki, qələbə qazanacağıq. Biz çalışacağıq ki, San-Marinodan qələbə ilə qayıdaq, azarkeşlərimizi qələbə ilə sevindirək".
Abdullayev millmizə yeni dəvət olunan Ramil Şeydayevlə Emin Mahmudovun yaxşı futbolçular olduqlarını söyləyib: "Milliyə dəvət alıblarsa, deməli, kömək etməyə layiqdirlər. İndi hamımız bütün diqqətimizi San-Marino ilə oyuna yönəltmişik".