Bu gün "Neftçi”nin əsas və əvəzedici komandaları arasında yoxlama oyunu keçirilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüş əsas komandanın 3:1 hesablı qələbəsi ilə nəticələnib. Əsas komandadan Jairo və Katalin Tira fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb. Əvəzedicilərin qolunu İbrahim Əliyev vurub.
Əsas komanda: Krşevan Santini, Kamal Qurbanov, Elvin Bədəlov, Jairo Rodriges, Dario Melnyak, Edson Kastilyo, Orxan Qurbanlı, Orxan Sabirbəyli, Denilson Pereyra, Eltun Yaqublu, Katalin Tira.
Meydana sonradan daxil olanlar: Kamran İbrahimov, Kənan Mirzəliyev, Anton Krivotsyuk, Ömər Buludov, Aqşin Qurbanlı, Sənan Əbilov, Samir Əhmədov.
Əvəzedici komanda: Sənan Əlizadə, Aslan Bədəlzadə, Vüsal Hüseynov, Elvin Sərkərov, Heydər Babayev, Şöhrət Yusifov, Əli Babayev, Əli Şirinov, Ruzigar İbrahimzadə, Bahadur Həziyev.
Meydana sonradan daxil olanlar: Maksim Vaylo, Pərviz Qaraxanov, İbrahim Əliyev, Rafiq Zamanov, Rəhman Daşdəmirov.
Qeyd edək ki, əsas heyətin 10 futbolçusu – 6-sı milli komandaların düşərgəsində olduğundan, 4-ü isə zədə səbəbindən oyunda iştirak etməyib.









































































