1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Slovan”ın futbolçusu: “Bu, “Qarabağ”ın gücündən xəbər verir”
"Azərbaycan klubları getdikcə Avropa səhnəsində öz yerlərini tutmağa başlayıblar. Bu da təəccüblü deyil. Çünki bu ölkədə idman inkişaf edir. Daha öncə "Neftçi” də Azərbaycanı Avropada təmsil edib. İndisə "Qarabağ” müntəzəm olaraq Avroliqanın qrupunda çıxış edir”. Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki ilk rəqibi olan "Slovan”ın futbolçusu Martin Latka Çexiya mətbuatına açıqlamasında deyib.
Müdafiəçi "Qarabağ”ın Çempionlar Liqasında "Viktoriya” səddini keçə bilməməsindən də danışıb: "Qarabağ” cavab oyununda son dəqiqələrdə qapısında gördüyü qolla "Viktoriya” səddini keçə bilmədi. Amma onlar hər iki oyunda məğlub olmadılar. Bu, "Qarabağ"ın gücündən xəbər verir. Azərbaycanda güclü və keyfiyyətli futbolçular var. "Qarabağ”la bizi çətin qarşılaşma gözləyir. İnanıram ki, fanatlarımıza gözəl oyun göstərəcəyik”.
Latka hazırda yalnız "Qarabağ”la oyunu düşündüklərini bildirib: "Qrupumuzda çox güclü komandalar var. Hər oyundan maksimum xal qazanıb Avropa Liqasında uğurla irəliləmək istəyirik”.
Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Qarabağ" - "Slovan" oyunu saat 19:00-da start götürəcək.