Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
Sportnet.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmanın yeganə qoluna Xanım Əsədova imza atıb.
Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan milli daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığma səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub.
Komanda 5 oyundan sonra qrupda 9 xalla ikinci pillədə yer alıb. Macarıstan isə (13 xal) birincidir.











































































