1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"la oyunda yeni kapitan
Çexiyanın əfsanəvi futbolçularından Milan Baroş Azərbaycanda ilk matçında xüsusi statusda olacaq. Sportnet.az-ın məlumatına görə, bu ildən "Slovan”ın şərəfini qoruyan 35 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ”la ilk matçda kapitan funksiyasını yerinə yetirəcək.
Liberets təmsilçisinin baş məşqçisi İndrix Trpişovskinin sözlərinə görə, sabah "Dalğa Arena”da keçiriləcək matçda əsas kapitan Lukaş Pokornının yoxluğuda sarğını məhz Baroş daşıyacaq: "Onun köməkçisi, vitse-kapitan Milan olub. Ümid edirəm ki, belə də davam edəcək. Açığı, digər alternativi heç axtarmamışıq".
Xatırladaq ki, zəngin futbolçu karyerasına malik Baroş Avropada böyük klublarda, Türkiyədə "Qalatasaray”da oynayıb. Onun karyerasında ən böyük nailiyyəti 2005-ci ildə "Liverpul”la Çempionlar Liqasını qazanmasıdır. Milan "Qarabağ”la oyun öncəsi kapitan Rəşad Sadıqovla meydanda görüşəcək.