19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. Sportnet.az-ın məlumatına görə, rəqib Ukrayna yığması olacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.
Avropa çempionatı, seçmə mərhələ
19:00. Azərbaycan - Ukrayna
Baş hakim: Kristina Bujor (Rumıniya)
Baş hakimin köməkçiləri: Aleksandra Teodora Apostu (Rumıniya), Tiziana Traskiatti (İtaliya)
Dördüncü hakim: Qraziella Pirriatore (İtaliya)
UEFA nümayəndəsi: Olesea Berdea (Moldova)
Hakim-inspektor: Albano Yanku (Albaniya)







































































