Zədə səbəbindən "Zirə" ilə oyunu buraxan Tural Nərimanov fərdi şəkildə məşqlərə başlayıb. Sportnet.az-ın məlumatına görə, "Şərurspor"a qarşı yoxlama oyununda sıradan çıxan müdafiəçinin sağ ayağının aşıq-topuq oynağı burxulub.
Nərimanovun durumu həkim nəzarətindədir. Onun "Sumqayıt" ilə çempionat matçında oynayıb-oynamayacağına həftə sonuna kimi aydınlıq gələcək.






































































