"Komanda şəklində yaxşı oynadıq. Bütün komanda qəhrəmanlıq etdi. Demək olmaz ki, tək mən oyunun qəhrəmanı sayılıram”. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, bu fikirləri "Qarabağ”ın ispaniyalı futbolçusu Migel Maderi Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan” kubu ilə evdə 2:2 hesabı ilə nəticələnən maçtdan sonra jurnalistlərə açıqlamasında biildrib.
Oyunda "Qarabağ”ın ilk qolunun müəllifi olan yarımmüdafiəçi buraxdıqları erkən qolda səhvinin olduğunu etiraf edib: "Bundan sonra komanda toparlandı, özümüzə gələ bildik. Meydanı məğlub da tərk edə bilərdik. Ancaq bunu 1 xalla etdik. Buna üzülmürəm. Oyunun sonunda bütün diqqətimizi hücumlara yönətlmişdik. Bu da rəqibin xeyrinə idi. Qol vurmaq üçün əks-hücumlarda şans qazandılar”.
Madera baş məşqçiləri Qurban Qurbanov həmişə yanlarında olduğunu söyləyib: "Bu, istər yaxşı, istərsə də pis vaxtlarımızda olur. Səhvimizin olub-olmamağına baxmayaraq baş məşqçimiz həmişə bizi dəstəkləyir. Komanda ruhdan düşmədi, sonadək mübarizə apardı. Bu da baş məşçqçimizin əsas istəklərindən biridir".
Migel qrupdan çıxmağa böyük inam bəsləyir: "Əlbəttə ki, bu, realdır. Çünki qrupda məğlub edə bilməyəcəyimiz komanda yoxdur. Oyunumuzu oynasaq, hər şey yaxşı alınsa, bizim günümüz olsa, əlbəttə ki, qrupdan çıxarıq. Biz buna layiqik”