19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, yığmamız Bakı Olimpiya Stadionunda Ukrayna komandası ilə qarşılaşıb.
Qarşılaşma 2:1 hesabı ilə ukraynalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Kristina Bakarandze fərqlənib.
Xatırladaq ki, bu arenada keçirilən ilk matçda rəqiblərimizdən İspaniya Latviyanı 18:0 hesabı ilə məğlub edib. Millimiz qrupda 2-ci matçını sentyabrın 17-də saat 11:00-da ispanlarla keçirəcək.






































































