Türkiyənin "Fənərbağça" klubunun büdcəsi Avropa Liqasının qrup mərhələsində səfərdə 1:1 oynadığı Ukrayna "Zarya"sı ilə müqayisə edilib. Sportnet.az-ın məlumatına görə, aradakı fərq xeyli təəccüb yaradıb.
Həmin oyunda ehtiyat oyunçular skamyasında əyləşmiş "sarı-lacivərtlər"in 7 futbolçunun dəyəri 47.5 milyon avrodur. Ukrayna komandasının isə meydanda olan on birliyinin qiyməti isə cəmi 9 milyon avrodur.









                 




    
    
    
    
    
    
    
    
    






















































