Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması AÇ-2017-nin seçmə mərhələsində İspaniyadan olan həmyaşıdları ilə qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda baş tutan görüş millinin 0:7 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
8-ci qrupun oyunlarına ev sahibliyi edən Azərbaycan ikinci dəfə məğlubiyyətlə üzləşib. Yığma komanda ilk görüşdə Ukraynaya 1:2 hesabı ilə uduzub.
Qrupa 2 oyundan 6 xal toplayan İspaniya yığması rəhbərlik edir. İkinci pillədə isə 3 xalla Ukrayna qərarlaşıb. Azərbaycan və Latviyə yığmalarının aktivində isə xal yoxdur.
Qeyd edək ki, qızlardan ibarət milli komanda sonuncu oyununu sentyabrın 20-də Latviyaya qarşı keçirəcək. "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
| Komandalar | Oyun | Qələbə | Bərabərlik | Məğlubiyyət | Top fərqi | Xal |
| İspaniya | 2 | 2 | 0 | 0 | 25 | 6 |
| Ukrayna | 1 | 1 | 0 | 0 | 1 | 3 |
| Azərbaycan | 2 | 0 | 0 | 2 | - 8 | 0 |
| Latviya | 1 | 0 | 0 | 1 | - 18 | 0 |







































































