Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında V turun daha iki oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Sumqayıtdakı matçda hesab açılmayıb. "İnter" isə lider "Neftçi"yə evdə qalib gələrək ona çatıb.
İndi hər 2 paytaxt təmsilçisinin 10 xalı olsa da, Fizuli Məmmədovun komandası şəxsi oyuna görə turnir cədvəlinə başçılıq edir.
17 sentyabr
"Sumqayıt” - "Kəpəz” - 0:0
"İnter” - "Neftçi” - 3:1
Sərtan Taşkın, 23; İbrahim Qədirzadə, 44; Ceyhun Muxtarlı, 70 - Pərviz Qaraxanov, 68







































































