Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" bu gün Türkiyə Superliqasında növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Ərsun Yanalın komandası IV turda səfərdə "Alanyaspor"a böyük hesabla məğlub olub - 0:3. Trabzon təmsilçisi hər 3 qolu ikinci hissədə buraxıb.
Şeydayeviən yeni klubunda rəsmi debütü bu dəfə də baş tutmayıb. 21 yaşlı hücumçunun adını heş matçın protokolunda da olmayıb. Cari çempionatda keçirdiyi 4 oyunda cəmi 1 qələbəsi v 3 məğlubiyyəti olan "Trabnzonspor" 3 xalla 18 komanda arasında 13-dür.







































































