1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rail Məlikov: "Kəpəz"ə uduzmağa ixtiyarımız yoxdur"
"Zədəm var. Müalicəm yaxşı gedir. Həkimlər çalışır ki, "Kəpəz”lə matça yetişim. Çünki mütləq qələbə qazanmalıyıq”.
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Sumqayıt”ın futbolçusu Rail Məlikov deyib.
Son günlər zədə problemi ilə üzləşən təcrübəli müdafiəçi növbəti turda qarşılaşacaqları "Kəpəz”lə ev oyununadək tam sağalmaq istəyir: "Azarkeşlərimiz bizdən qələbə gözləyir. Onlari sevindirmək istəyirik. Bizim üçün ölüm-dirim oyunu olacaq. "Kəpəz” zəif komanda deyil. Amma yaxşı oynayıb, qələbə qazana bilərik. Hər iki komandanın oyunlarına çoxlu sayda azarkeş gəlir. Bu baxımdan sabahkı matçı derbi də adlandırmaq olar. İki oyundur məğlub oluruq. Bu baxımdan sabahkı matç önəmlidir. "Kəpəz”ə uduzmağa ixtiyarımız yoxdur. Həm də doğma meydanda oynayırıq və azarkeşlərimizi sevindirməliyik".
Məlikov cari çövsümdən şərəfini qoruduğu "Sumqayıt”da arxa planda qalıb. Yəni komandanın əsas gücü hesab olunmur. Görəsən, Rail bu haqda nə düşünür? "Ola bilər ki, qıraqdan elə görünür. Hər bir futbolçunun komandada öz funksiyası var. "Sumqayıt”ın da lider futbolçuları var. Hamı özünü yaxşı tərəfdən göstərir. Bir az da komandanın oyun sxemi fərqlidir. Əsasən 5 müdafiəçi ilə oynayırıq. 4 müdafiəçi ilə oynayanda fərqli olur. Qabaqca sırf müdafiə futbolu oynayırdıqsa, indi hücumameyilli futbol oynayırıq. Ümumi götürəndə, eyni vəziyyətdir. Çempionat başlayanda zədəm yox idi. "Qarabağ”la oyundan öncə zədələndim. Hər şeyi zaman göstərəcək. Çempionat təzə başlayıb. Hələ zaman var".