1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
1785 gündən sonra qayıdış və keçmiş komandaya qarşı debüt
Bu gün "Neftçi" Azərbaycan milli çempionatları tarixində 23-cü baş məşqçinin rəhbərliyi altında oyuna çıxacaq.
Sportnet.az-ın məlumatına görə, bu, həmin postdan istefaya göndərilmiş Vəli Qasımovu əvəzləyən Elxan Abdullayevdir. 46 yaşlı mütəxəssisin debüt matçı Premyer Lqanın V turunda "İnter"lə səfər matçı olacaq.
Bununla da Abdullayevin 5 illik fasilədən sonra Premyer Liqaya qayıdışı rəsmiləşəcək. O, sonuncu dəfə AZAL-ın baş məşqçisi kimi 2011-ci il oktyabrın 30-da "Sumqayıt"a səfərdə 1:2 hesabı ilə uduzduqları matçda iş başında olub. Bununla da mütəxəssis 1785 gündən sonra Premyer Liqaya dönəcək.
Abdullayev klublarımızdan ilk olaraq, "Dinamo"da (sonradan "Dinamo-Bakılı"da) baş məşqçi kimi çalışıb. O, klubun 2004-cü ildə "Bakı"ya çevrildiyi vaxt ilk baş məşqçisi kimi tarixə düşüb. Ancaq ilk turda "Qarabağ"a 0:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
Gənc mütəxəssis bundan sonra "Qarabağ"da İqor Ponomaryovun köməkçisi, sonra özü baş məşqçi işləyib. Abdullayevin karyerasında ən uzunmüddətli və uğurlu dönəm "İnter"də olub. O, gürcüstanlı baş məşqçi Kaxaber Tsxadadzenin köməkçisi işləyib və çemponluq, Premyer Liqanın medalarını qazanıb.
Abdullayevin sonuncu iş yeri AZAL olub. O, 2011-ci ilin iyulunda Avropa Liqasında "Minsk"ə səfərdə məğlub olaraq (1:2) mübarizəni dayandırdıqdan sonra postundan ayrılan Nazim Süleymanovu əvəzləyib. Ancaq Abdullayevin bu klubda işi cəmi 3 ay çəkib.
"Neftçi"nin yeni baş məşqçisinin hesabında milli çempionatda 106 oyun var. Bunun 32-də onun sabiq komandaları qələbə qazanıb, 20-də heç-heçə edib, 54-də uduzub (topların fərqi 124-160). Mütəxəssis 116 xal qazanıb.
Qeyd edək ki, Abdullayev klublarla yanaşı yanaşı, milli komandamızda hər 3 əcnəbi baş məşqçi - braziliyalı Karlos Alberto Torres, almaniyalı Berti Foqts və hazırkı xorvatiyalı Robert Prosineçkinin köməkçisi işləyib.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.